HZ. YUSİFİN HƏYATINDA HZ. MEHDİYƏ İŞARƏLƏR VARDIR

Məhəmməd Baqir əleyhissalam buyurdu ki: "BU İŞİN SAHİBİNDƏ (MEHDİDƏ) YUSİFƏ BİR BƏNZƏRLİK VARDIR." (Şeyx Məhəmməd b. İbrahimi Numanı, Gaybeti Numanı s. 189) ("Bu işin sahibi" yəni, vəlayətin sahibi deməkdir. Bütün imamlarımız vəlayət sahibidir. Bununla birlikdə adı çəkilən hədislərimizdə keçən vəlayətin sahibi yalnız on ikinci imamımız Hz. Mehdi əleyhissalamdır.

"Əbu Basar deyir ki: İmam Məhəmməd Baqir Əleyhissalamın belə buyurduğunu eşitdim: "Bu QEYBƏTİN (MEHDİNİN) SAHİBİNDƏ DÖRD PEYĞƏMBƏRİN SÜNNƏSİ VARDIR:.. Dedim ki:"HZ. YUSUFUN SÜNNƏSİ NƏDİR?" BUYURDU Kİ: "ZİNDAN VƏ QEYB."... (Şeyx Məhəmməd b.İbrahimi Numanı, Gaybeti Numanı s. 190)

... SONRA HZ. MEHDİ ƏLEYHİSSALAM HZ. YUSİFƏ BƏNZƏYİBvə onun xalqı gördüyünü , amma xalqın onu görə bilmədiyini və Hz. Əlinin də buyurduğu kimi göydən səs eşidilənə qədər onun görsənməyəcəyi qətidir. (Şeyx Məhəmməd b.İbrahimi Numanı, Gaybeti Numanı s. 167)

Peyğəmbərimizin (səv) hədislərində, Quranın Yusif hekayəsində izah edilən Hz. Yusifin həyatı ilə Hz. Mehdinin həyatı arasında çox böyük bənzərliklər olduğu xəbər verilmişdir. Peyğəmbərimizin (səv) verdiyi bu məlumata uyğun Quran ayələrinə baxanda  Hz. Mehdi ilə əlaqədar hədislərdə çox hadisələrin oxşar olduğu görsənir (Ən doğrusunu Allah bilər).

 

1521qw2

 

Hz. Yusif Yaşadığı Dövrün Mehdisidir.

Allah Quranda hər dövrdə insanlar üçün "hidayətə yönəldən bir elçi" göndərdiyini bildirmişdir. Bütün peyğəmbərlərin hidayət ilə göndərildiyi, hidayətə çatdıran, vəsilə olan kəslər olduğuna görə hər peyğəmbər bir Mehdidir. "Hz. Yusif də yaşadığı dövrün Mehdisi"dir. Görünür ki, axır zamanda ortaya çıxacaq olan Hz. Mehdinin həyatı ilə Hz. Yusifin həyatı arasında böyük bənzərliklər olacaqdır.

Hz. Yusif Kimi Hz. Mehdiyə də Allah Qatından Xüsusi  Elm Və Hikmət Verilmişdir

Quranda Hz. Yusifə Allah Qatından xüsusi elm və hikmət verildiyi bildirilir:

 

"(Yuxuda gördüyü kimi) Rəbbin səni (başqalarından) seçib üstün tutacaq, sənə yuxu yozmağı öyrədəcək..." (Yusuf Surəsi, 6)

 

"...həm də ona yuxu yozmağı öyrətdik..." (Yusuf Surəsi, 21)

 

"(Yusif gəncliyinin) ən yetkin dövründə (18, 21, 30 yaxud 33 yaşına) çatdıqda ona hikmət (peyğəmbərlik) və elm verdik. Biz yaxşı işlər görənləri belə mükafatlandırırıq!" (Yusuf Surəsi, 22)

 

Quranda Hz. Yusif ilə əlaqədar olaraq verilən bu məlumatlardan Hz. Mehdinin də sözlərin şərhini yaxşı biləcəyi, xüsusi elm və hikmət sahibi olacağı aydın olur. Rəvayətlərdə deyildiyi kimi Hz. Yusif kimi Hz. Mehdinin də Allah tərəfindən ona verilmiş "xüsusi bir gücə sahib olduğu" bildirilir.

O, kimsənin bilmədiyi gizli bir gücün sahibi olduğu üçün ona Mehdi deyilmişdir. (Axır zaman Mehdisinin Əlamətləri, Müəllif: Əli Min Hüsameddin Əl Muttaki, Qəhrəman Nəşriyyat. S. 77)

 

1521qw2

 

Böyük İslam alimlərindən Muhyiddin Ərəbi əsərlərində Hz. Mehdinin diqqət çəkən başlıca 9 xüsusiyyətini bu şəkildə ifadə edir:

1. Bəsirət sahibi olması

2. Müqəddəs kitabı anlaması

3. Ayələrin mənasını bilməsi

4. Məlum şəxslərin hal və hərəkətlərini bilməsi

5. Hirsləndiyində belə mərhəmət və ədalətdən ayrılmaması

6. Varlıqların siniflərini bilməsi

7. İşlərin dolaşıq tərəflərini bilməsi

8. İnsanların ehtiyacını yaxşı anlaması

9. Xüsusilə öz zamanında ehtiyac hiss edilən qeybi elmlərə vaqif olması (bilməsi) qeybi (gizli, görünməyən) elmlərdən xəbərdar olması.

 

Hz. Yusif Kimi Hz. Mehdi də Müəyyən Dövrə Qədər Yaşadığı Cəmiyyətdə Tanınmayacaq

Amma Höccət (Mehdi) xalqı tanıyar, xalq isə onu tanıya bilməzEynilə Yusif kimi. Yusif xalqı tanıdığı halda onlar Yusifu inkar edirdilər. Sonra Hz. Əli bu ayəni oxudu: "Qullara təəssüflər olsun, Rəsul onlara gəldikcə onunla alay edirdilər." (Şeyx Məhəmməd b. İbrahimi Numanı, Gaybeti Numanı s. 162)

Yaşadığı cəmiyyətdəki insanlar Hz. Mehdinin üstün xüsusiyyətlərini, icra etdiyi xeyirli fəaliyyətləri aydın gördükləri halda Hz. Mehdi və camaatının tam olaraq fərqinə vara bilməyəcəklər. Hz. Mehdinin bu vəziyyəti Hz. Yusifin həyatı ilə böyük bənzərlik təşkil edir. Quranın "(Quraqlıq başlayınca) Yusifin qardaşları gəlib yanına daxil oldular, ONU TANIMADIQLARI HALDA özü onları dərhal tanıdı." (Yusuf Surəsi, 58) ayəsi ilə qardaşlarının Hz. Yusifi tanıya bilmədikləri , ancaq Hz. Yusifin öz qardaşlarını tanıması xəbər verilmişdir. Hədislərin işarəsinə görə Hz. Mehdi də eyni Hz. Yusif kimi olacaq. İlk dövrlərdə o insanları görəcək amma insanlar onu tanıya  bilməyəcəklər.

 

1521qw2

 

Hz. Yusif Kimi Hz. Mehdi də Ondan Ümidin Kəsildiyi Bir Dövrdə Ortaya Çıxacaq

Onlar: “Yoxsa sən Yusifin özüsən?!” – dedilər. O da: “Mən Yusifəm, bu da qardaşımdır. Allah bizə lütf etdi. Kim Allahdan qorxub pis əməllərdən çəkinsə və səbr etsə, (bilsin ki) Allah yaxşı işlər görənlərin mükafatını əsla zay etməz!” – deyə cavab verdi." (Yusuf Surəsi, 90)

Qardaşları  hiylə quraraq Hz. Yusifi  quyuya atmış, atalarına da ‘Hz. Yusifi bir canavarın yediyini' söyləyərək üzərinə yalandan qan sürtülmüş köynəyini gətirmişdilər. Atası bu izah edilənlərin hiylə olduğunu anlamışdı. Ancaq atası da, qardaşları da uzun illər Hz. Yusifdən xəbər ala bilmədilər. Daha sonra Allah gözləmədikləri bir zamanda Hz. Yusifi Misirin xəzinələrinin başında "güc və iqtidar" sahibi olaraq qarşılarına çıxarmışdır:

(Yusif) dedi: “Məni bu yerin (Misirin) xəzinələrinə məmur təyin et (Misir xəzinələrini mənə tapşır), çünki mən (özümə etibar edilən mal-dövləti) qoruyanam, (işləri idarə etməyi) bilənəm!”" (Yusuf Surəsi, 55)

 

Beləliklə, Yusifi o yerdə (Misir torpağında) mövqe (ixtiyar) sahibi etdik. O, (Misirdə) istədiyini edirdi (istədiyi yerdə mənzil sala bilirdi). Biz istədiyimizə mərhəmətimizi nəsib edər, yaxşı işlər görənlərin mükafatını zay etmərik.(Yusuf Surəsi, 56)

 

Bu ayələr Hz. Mehdinin  çıxışından ümidin kəsildiyi, insanların "Mehdi" deyə bir kimsənin olmadığı iddiasında olduqları bir dövrdə ortaya çıxacağına işarə edir. Yenə ayələrin işarəsinə görə bu dövrdə Allah Hz. Mehdini  "güc və iqtidar sahibi və bütün inananların mənəvi lideri olaraq" ortaya çıxaracaq. Peyğəmbərimiz (səv)  bu hadisəni hədislərində belə müjdələmişdir:

İnsanların ümidsiz olduğu və "Heç Mehdi filan yoxmuş" dediyi bir zamanda Allah Mehdini göndərər... (Kitab-ul Burhan fi-Alamet-il Mehdiyy-il Axır Zaman, sf. 55)

...Mehdi Rəsulullahın bayrağı ilə insanların başları üzərinə bəla yağdığı və çıxışından ümid kəsildiyi bir sırada çıxar... (Kitab-ül Burhan Fi Əlamət-el Mehdiyy-il Axır Zaman, sf. 55)

 

1521qw2

 

Hz. Yusuf Kimi Hz.Mehdiyə Qarşı da Qısqanclıq Olacaq

Bir zaman (Yusifin qardaşları öz aralarında) belə demişdilər: “Biz (bir-birimizə bağlı, sayca çox, güclü) bir dəstə olduğumuz halda, Yusif və onun (atabir-anabir) qardaşı (Bin Yamin) atamıza daha əzizdirlər. Həqiqətən, atamız açıq-aşkar səhv edir!”

"(Aralarında biri dedi: ) “Yusifi öldürün və ya (uzaq) bir yerə atın ki, atanız mehrini yalnız sizə salsın. Ondan sonra isə (tövbə edib) əməlisaleh bir camaat olarsınız!”." (Yusuf Surəsi, 8-9)

Quranda qardaşlarının Hz. Yusifə qarşı  qısqanc olduqları  və buna görə onu öldürməyi  gözə almaları bildirilmişdir. Bu məqsədlə ona zərər verə bilmək üçün tələ qurmuş, Hz. Yusifi bir quyunun dibində ölümlə üz-üzə tərk etmişdilər. Ayədə Hz. Mehdi dövründə də bəzi insanların Hz. Mehdiyə qarşı qısqanclıq duyacaqlarına və buna görə ona əks mövqe tutacaqlarına işarə edir. Yenə bu kəslərin qısqanclıq səbəbi ilə Hz. Mehdiyə qarşı mübarizə aparan əleyhdar güclər içərisində iştirak edəcəkləri və Hz. Mehdini təsirsiz hala gətirə bilmək məqsədi ilə ona qarşı bir hiylə quracaqları aydın olur.

 

Hz. Yusif Kimi Hz. Mehdiyə də Haqsızlıq Ediləcək

Quranda Hz. Yusifə qarşı bir neçə dəfə hiylə qurularaq haqsızlıq edildiyi izah edilmişdir. Əvvəl qardaşları onu öldürmə məqsədi ilə tələ qurmuş, sonradan isə yanında qaldığı vəzirin xanımı Hz. Yusifə iffəti ilə bağlı böhtan atmışdır. Bu mövzu ilə əlaqəli ayələrdən bəziləri belədir:

 

" Yusufu ya öldürün, ya da onu (uzaq) bir yerə aparıb atın..." (Yusuf Surəsi, 9)

 

Bir başqası (Rubil və ya Şəmun) belə dedi: “Yusifi öldürməyin, onu bir quyunun dibinə atın. Əgər belə etsəniz, yol keçənlərdən biri onu götürər”." (Yusuf Surəsi, 10)

 

Onlar axşamüstü ağlaya-ağlaya atalarının yanına gəldilər. Və dedilər: “Ata! Biz (at çapmaq, yaxud qaçışıb-ötüşmək və ya ox atmaqda) bir-birimizlə yarışmaq üçün (səhraya) getmişdik və Yusifi şeylərimizin (libaslarımızın) yanında qoymuşduq. Bir də xəbər tutduq ki, qurd onu yemişdir. İndi biz doğru danışsaq da sən bizə inanmayacaqsan!”" (Yusuf Surəsi, 16-17)

 

(Züleyxa qadınların özlərinə gəldikdən sonra kəsilmiş əllərinin ağrısından ah-vay etdiklərini və bu hərəkətlərindən xəcalət çəkdiklərini görüb onlara) belə dedi: “Bu, (könlümü ona vermədiyimə görə) məni qınadığınız (oğlandır). Mən onun olmaq istədim, o isə imtina etdi. (Bir daha deyirəm) əgər əmrimi yerinə yetirməsə, sözsüz ki, zindana atılacaq və zillətə düşənlərdən olacaq!”" (Yusuf Surəsi, 32)

 

(Vəzir və ailəsi Yusifin günahsız olduğunu sübut edən) dəlilləri (Yusifin köynəyinin arxadan cırılmasını, üzünün cırmaqlanmasını, qadınların turunc əvəzinə əllərini kəsməsini və i. a.) gördükləri halda, yenə də onu bir müddət (dedi-qodu kəsilənədək) zindana salmaq qərarına gəldilər. (Beləliklə, Yusif zindana atıldı).(Yusuf Surəsi, 35)

 

 

1521qw2

 

Quranda Hz. Yusif haqqında verilən bu məlumatlardan Hz. Mehdinin də ortaya çıxışından əvvəl eyni şəkildə müxtəlif haqsızlıqlara məruz qalacağı aydın olur. Peyğəmbər Əfəndimizin (səv) aşağıdakı hədislərində də Hz. Mehdiyə bir neçə dəfə haqsızlıq ediləcəyi xəbər verilib:

...Biz elə bir ev xalqıyıq ki, Allah bizim üçün axirəti dünyaya dəyişib. Mənim Əhli-beytim (soyum) məndən sonra bəla, qaçırılma və sürgünə məruz qalacaq.Məndən sonra Əhli-beytim (soyum) bəla və çətinliklərlə qarşılaşacaq və zərbəyə məruz qalacaqlar. (Kitab-ül Burhan Fi Əlamət-el Mehdiyy-il Axır Zaman, s. 14) 

... (Mehdi) İki rükət namaz qılar. Namazını qurtardıqdan sonra belə deyər: "Ey insanlar! Ümməti-Məhəmməd və xüsusilə onun Əhli-beyti çox bəlalar gördü və bizlər qəhr (əzab) və HAQSIZLIĞA MƏRUZ QALDIQ (uğradıq)." (Kitab-ül Burhan Fi Əlamət-el Mehdiyy-il Axır Zaman, s. 55)

 

Hz. Yusif kimi Hz. Mehdiyə də Böhtan Atılacaq və Tələ qurulacaq

(Atası Yəqub) dedi: “Can oğul! Yuxunu qardaşlarına danışma, yoxsa sənə bir hiylə qurarlar. Çünki Şeytan insanların açıq-aşkar düşmənidir.." (Yusuf Surəsi, 5)

 

(Vəzir və ailəsi Yusifin günahsız olduğunu sübut edən) dəlilləri (Yusifin köynəyinin arxadan cırılmasını, üzünün cırmaqlanmasını, qadınların turunc əvəzinə əllərini kəsməsini və i. a.) gördükləri halda, yenə də onu bir müddət (dedi-qodu kəsilənədək) zindana salmaq qərarına gəldilər.(Beləliklə, Yusif zindana atıldı). (Yusuf Surəsi, 35)

Quranda  günahsız olduğuna dair dəlillər çox aydın olmasına baxmayaraq yenə də Hz. Yusifin haqsız yerə və qəsdli şəkildə günahkar göstərildiyi bildirilmişdir . Bu vəziyyət Hz.Mehdinin ortaya çıxmasından əvvəl müxtəlif böhtanlara, tələ və sui-qəsdlərə məruz qalacağına işarə edir. Peyğəmbərimizin (səv) hədislərində, "Hz. Mehdinin də yaşadığı cəmiyyətdə zülm, cəfa, əziyyət və təzyiq görəcəyi" xəbər verilmişdir.

Amma Allah xalqın nəfslərinə qarşı ZÜLMÜ, CƏFASI VƏ İSRAFI ÜZÜNDƏN, onu (Mehdini) xalqdan gizləyəcək. (Şeyx Məhəmməd b. İbrahimi Numanı, Gaybeti Numanı s. 162)

 

1521qw2

 

Hz. Yusif kimi Hz. Mehdiyə də Bir Sıra Qadınların Sui-qəsd Qurması və Bir Qadının Hz. Mehdinin İffətinə böhtan atması

 

Evində olduğu qadın (Züleyxa Yusifi) tovlayıb yoldan çıxartmaq (onunla yaxınlıq etmək) istədi və qapıları bağlayaraq: “Di gəlsənə!” – dedi. (Yusif isə: ) “Mən (sənin bu hərəkətindən) Allaha sığınıram. Axı o (sənin ərin) mənim ağamdır. O mənə yaxşı baxır (və ya Allah mənim ixtiyar sahibimdir, mənə mərhəmət ehsan buyurmuşdur). Həqiqətən, (ağasına xəyanət etməklə, onun əhli-əyalına pis gözlə baxmaq və zina etməklə özlərinə) zülm edənlər nicat tapmazlar!” – deyə cavab verdi." (Yusuf Surəsi, 23)

 

(Yusif canını qurtarmaq, Züleyxa da onu yaxalayıb kamına çatmaq məqsədilə) hər ikisi qapıya tərəf cumdu.(Züleyxa) onun köynəyini arxadan cırdı.Onlar qapının ağzında (qadının) ağası (əri) ilə rastlaşdılar. (Züleyxa) dedi: “Sənin ailənə pislik (övrətinlə zina) etmək istəyənin cəzası yalnız zindana salınmaq, ya da şiddətli bir əzaba düçar edilməkdir (Yusif) dedi: “O məni tovlayıb yoldan çıxartmaq (mənimlə yaxınlıq etmək) istədi!”"... (Yusuf Surəsi, 25-26)

 

(Vəzir və ailəsi Yusifin günahsız olduğunu sübut edən) dəlilləri (Yusifin köynəyinin arxadan cırılmasını, üzünün cırmaqlanmasını, qadınların turunc əvəzinə əllərini kəsməsini və i. a.) gördükləri halda, yenə də onu bir müddət (dedi-qodu kəsilənədək) zindana salmaq qərarına gəldilər. (Beləliklə, Yusif zindana atıldı).(Yusuf Surəsi, 35)

Quranda vəzirin arvadının günahsız olduğunu bildiyi halda Hz.Yusifin iffətinə böhtan atdığı bildirilmişdir. Vəzirin arvadı bu böhtanı gücləndirmək üçün şəhərdəki bəzi qadınları da özünə şahid tutmuşdur. Ayələrin işarəsindən Hz.Mehdiyə qarşı da bir qrup qadının birlikdə sui-qəsd quracaqları və ona da "bir qadına qarşı cinayət törətdiyi iddiası ilə böhtan atılacağı" aydın olur. Hz. Yusif özünə qurulan bu sui-qəsdə görə həbs cəzası ilə cəzalandırılmış və uzun illər haqsız yerə həbsdə olmuşdur. Bu vəziyyət Hz.Mehdinin də günahsız olduğu halda bu tərz yalan və uydurma bəhanələrlə haqsız yerə həbslə cəzalandırılacağına işarə edir.

 

Hz. Yusif kimi Hz. Mehdi  dövründəki  rəhbərlik də Onun haqlı və günahsız olduğundan əmin olacaq, amma bəzi siyasi səbəblərlə Onu həbs etmə fikrində qalacaqlar.

(Vəzir və ailəsi Yusifin günahsız olduğunu sübut edən) dəlilləri (Yusifin köynəyinin arxadan cırılmasını, üzünün cırmaqlanmasını, qadınların turunc əvəzinə əllərini kəsməsini və i. a.) gördükləri halda, yenə də onu bir müddət (dedi-qodu kəsilənədək) zindana salmaq qərarına gəldilər.(Beləliklə, Yusif zindana atıldı). (Yusuf Surəsi, 35)

Hz. Yusifin günahsız olduğu sübutlarla çox açıq şəkildə aydın olmuşdur. Ancaq vəzifə sahibləri bu dəlilləri çox aydın şəkildə gördükləri halda  bəzi siyasi səbəblərlə Hz. Yusifə qarşı qurulan haqsızlığı qəbul etmiş və onu günahkar bilmişdilər. Hz. Yusifin bu vəziyyətində olduğu kimi Hz. Mehdinin də özünü müdafiə etmək və haqlı olduğunu isbat etmək üçün çox güclü əsaslar təqdim edəcəyi ,ancaq vəzifə sahiblərinin bu açıq sübutlara baxmayaraq bəzi siyasi səbəblərlə Onu həbslə cəzalandıracaqları aydın olur.

 

1521qw2

 

Hz. Yusif kimi Hz. Mehdinin də Qeyb (Həbs) Dövrü Olacaq

(Qardaşları) onu (Yusifi) götürüb (çölə) apararkən onu quyuya atmaq üçün sözü bir yerə qoydular. Biz (Yusifə): “Sən (bir vaxt) onlara (qardaşlarına) özlərinin bu işi barəsində heç gözləmədikləri (səni tanımadıqları) halda xəbər verəcəksən!” – deyə vəhy etdik." (Yusuf Surəsi, 15)

... buna görə də o (Yusif) bir neçə (yeddi və ya on iki) il zindanda qaldı.(Yusuf Surəsi, 42)

Sidri Seyrefi deyib ki: İmam Əbu Abdullah Cəfəri Sadiq Əleyhissalamdan eşitdim ki: Belə buyurdu: "Bu işin sahibində (Mehdidə) Yusufa bir bənzərlik vardır." Belə dedim: "Sən bizə bir QEYBİ (həbsi) və ya HEYRƏTİ bildirirsən."

Hz. Yusif ilk olaraq quyuda  daha sonra da uzun illər boyunca zindanda həbs olunmuşdur. Yusif əleyhissalam bir qısa, bir də uzun müddətə, yəni iki dəfə insanların gözündən itmişdir. Birincidə Yusuf (ə.s) quyuya atılmış, qısa bir müddət sonra oradan keçən karvan onu oradan çıxarmış, ikincidə isə haqsız yerə zindana atılmış, uzun bir müddət orada qalmışdır. Lakin sonradan günahsızlığı aydın olmuş, zindandan da çıxardılmışdır.

Hz. Mehdi də Hz.Yusif kimi həyatının müxtəlif dövrlərində bir çox dəfə həbs ediləcəkdir. Ancaq Hz. Yusifkimi Hz.Mehdinin də günahsız olduğuna dair sübutlar çox aydın olacaq.

 

Yuxusunda On bir Ulduz, Günəş və Ayın Hz. Yusifə səcdə etmələri  İslam Dünyasının Hz. Mehdinin mənəvi  liderliyi altında toplanmasına işarə edir

 

"Bir zaman Yusif atasına demişdir: “Atacan! Mən (yuxuda) on bir ulduz və Günəşlə ayı gördüm. Gördüm ki, onlar mənə səcdə (təzim) edirlər”. (Yusuf Surəsi, 4)

 

(Atası Yəqub) dedi: “Can oğul! Yuxunu qardaşlarına danışma, yoxsa sənə bir hiylə qurarlar. Çünki Şeytan insanların açıq-aşkar düşmənidir." (Yusuf Surəsi, 5)

Hz. Yusif yuxusunda Ulduz, Günəş və Ayı ona səcdə edərkən görmüş, sonrakı illərdə də Allah Hz.Yusifi Misirdə idarəçi etmişdir. Bu vəziyyət Hz.Mehdinin həyatına dair çox əhəmiyyətli işarələri ehtiva edir. Bildiyimiz kimi İslam ölkələrinin bayraqlarında Ulduz, Günəş və Ay emblemləri var. Hz. Yusif ilə əlaqədar bu ayələrin işarəsindən İslam ölkələrinin Hz. Mehdinin mənəvi liderliyi altında toplanıb birlik olacaqları, Hz. Mehdinin də bu şəkildə bütün Müsəlmanların mənəvi lideri olacağı aydın olur.

 

1521qw2

 

Yusif Surəsində Axır zamandakı  iqtisadi böhrana da işarələr vardır

Cavan oğlan padşahın izniylə zindana gəlib dedi: ) “Yusif! Ey doğru danışan adam, bizim üçün bir yoz görək! Yeddi arıq inək yeddi kök inəyi yeyir. Yeddi yaşıl sünbül, yeddi də quru sünbül. (Bir bunun mənasını mənə izah elə). Bəlkə, mən adamların yanına (düzgün cavabla) qayıda bilim; bəlkə, onlar da (bu yuxunun mənasını) bilsinlər!”"

(Yusif) belə cavab verdi: “Yeddi il adətiniz üzrə (həmişəki kimi) əkin. Yediyiniz az bir miqdar istisna olmaqla, qalan biçdiyinizi (artıq qalan məhsulu) isə sünbüldə saxlayın" (Yusuf Surəsi, 46-47)

Sonra bunun ardınca yeddi il quraqlıq (qıtlıq) olacaq. Onda əvvəlcədən həmin illər üçün tədarük etdiyinizi yeyər, yalnız az bir miqdar (toxumluq) saxlayarsınız. Daha sonra insanların bol yağış (bərəkət) görəcəyi bir il gələcək. Onda da adamlar (zeytun, üzüm, xurma və s. meyvələrin) şirəsini sıxacaqlar (onlardan bol-bol istifadə edib bəhrələnəcəklər)”." (Yusuf Surəsi, 48-49)

Ayələrdə həbsdə olduğu müddətdə Hz.Yusifdən dövrün hökmdarının gördüyü bir yuxunu şərh etməsinin istəndiyi bildirilmişdir. Hz. Yusif bu yuxunun "uzun müddətli iqtisadi bir çətinliyə" işarə etdiyini söyləmişdir.

Peyğəmbərimizin (s.ə.v) Hz. Yusifin həyatında Hz. Mehdinin həyatı ilə bənzərliklər olacağını bildirməsi, o dövrdəki kimi Hz. Mehdinin çıxışından əvvəl də yer üzündə ciddi şəkildə iqtisadi böhran yaşanacağına işarə edir. Ayədə göstərilən iqtisadi çətinliyin indiki dövrdə dünya səviyyəsində yaşanan böyük iqtisadi böhran olması göstərilir.(ən doğrusunu Allah bilir).

Yenə Hz. Yusifin "quraqlıqla müşahidə olunan yeddi il" sözlər ilə bəhs etdiyi qıtlıq və iqtisadi çətinlik illəri  2007 və 2008 illərinə işarə edə bilər (ən doğrusunu Allah bilir).

Hz. Yusif "inək və buğda"dan bəhs edilən yuxunu şərh etmiş və o dövrdə yaşanacaq iqtisadi çətinliyə qarşı "əkinçiliyə əhəmiyyət verilməsinin həll yollarından olacağını" söyləmişdir. Bildiyimiz kimi "inək və buğda" əkinçilik və heyvandarlığın ən əhəmiyyətli hissəsidir. Bu səbəbdən Hz. Yusifin etdiyi şərhdən "axır zamanda Hz. Mehdinin çıxışından əvvəl yaşanacaq iqtisadi böhran əsnasında da əkinçilik və heyvandarlığa əhəmiyyət verilməsinin həll yolu olacağı" aydın olur.

Ayələrə görə bu iqtisadi böhranın "blok olaraq tək bir dövr" ya da "təkrarlı bir dövr" də ola biləcəyi aydın olur.

Sual və təklifləri olanlar "Bizimlə əıaqə" bölməsindən bizə mesajlarını yaza bilərlər.

Bizi sosial şəbəkələrdən təqib edə bilərsiz.