Hz. Yusifin duaları

Hz. Yusuf qissəsi dua mövzusu ilə bağlı möminlər üçün gözəl nümunələrlə doludur. Hz. Yusuf qarşılaşdığı hər cür çətinliyə qarşı təvəkküllü və təslimiyyətli davranaraq Allah’a olan sədaqətini, qəti imanın bütün əlamətlərini göstərmişdir.

Hz. Yusufun və atası hz. Yaqubun başına gələn çətinliklər kiçik yaşdakı hz. Yusufun qısqanc qardaşları tərəfindən quyuya atılıb qurd tərəfindən yeyilmiş kimi göstərilməsi ilə başlayır. Ancaq hz. Yaqub çox sevdiyi oğlunun başına gələn bu hadisə qarşısında Allah’a olan təslimiyyətini qoruyur:

(Qardaşları) onun köynəyinə saxta qan ləkəsi sürtüb gətirdilər. (Yaqub) dedi: “Xeyr, sizi öz nəfsiniz bu işə vadar etmişdir. (Mənə) gözəl səbr gərəkdir. Söylədiklərinizin müqabilində Allah’dan kömək diləmək lazımdır”. (Yusif surəsi, 18)

Ayədən də məlum olduğu kimi, oğlunun qanlı köynəyi ilə qarşılaşan hz. Yaqub əsl mömin davranışının "səbir, təvəkkül və dua" olacağını söyləyir. Belə ki, quyuya atılaraq ölümə tərk edilən hz. Yusif möcüzə nəticəsində yoldan keçən karvana rast gəlir. Karvandakı insanlar onu satmağa qərar verdiklərindən özləri ilə aparırlar.

Bundan sonra qul kimi varlı misirliyə satılan hz. Yusuf yetkinlik yaşına gəldikdə Allah tərəfindən ona "elm və hikmət" (Yusuf surəsi, 22) verir. Onu satın alan misirlinin arvadı ayədə bildirildiyinə görə, ondan murad almaq istəyir. Bunu qəbul etmədikdə hz. Yusufu həbsə atdırmaqla təhdid edir. Bununla bağlı hz. Yusuf belə dua edir:

(Yusuf) dedi: “Ey Rəbbim! Mənim üçün zindan bunların məni sövq etdikləri işi görməkdən daha xoşdur. Əgər bu qadınların hiyləsini məndən uzaq etməsən mən onlara meyl edər və cahillərdən olaram”. (Yusuf surəsi, 33)

Ayədə göründüyü kimi, hz. Yusuf duasında düşdüyü vəziyyəti səmimi olaraq Allah’a etiraf etmişdir. Bundan sonra həbsə atılan hz. Yusuf zindanda yanındakılara təbliğə başlayır:

Ey mənim zindan yoldaşlarım! Ayrı-ayrı tanrılar yaxşıdır, yoxsa Tək olan, (hər şeyə) Qalib gələn Allah? Ondan başqa ibadət etdikləriniz sizin və atalarınızın adlandırdığınız adlardan başqa bir şey deyildir. Allah onlara dair heç bir dəlil nazil etməmişdir. Hökm yalnız Allah’ındır. O əmr etmişdir ki, yalnız Ona ibadət edəsiniz. Doğru din budur, lakin insanların çoxu (bunu) bilmir. (Yusuf surəsi, 39-40)

İllər boyu orada qaldıqdan sonra misirlinin arvadının hz. Yusufun günahsız olduğunu söyləməsindən sonra hz. Yusuf zindandan çıxarılır. (Yusuf surəsi, 51-54)

Bütün bu çətinliklərin ardınca hz. Yusufun duası qəbul edilir və quyuya atılmaqla başlayan hadisələr hakimiyyətdə iqtidara gəlməsi ilə davam edir:

Beləliklə, Yusufa yer üzündə hökmranlıq verdik. O, istədiyi yerdə qala bilərdi. Biz istədiyimizə mərhəmətimizi nəsib edirik və yaxşı iş görənlərin mükafatını əsirgəmirik. (Yusuf surəsi, 56)

Beləcə iqtidar sahibi olan hz. Yusuf özünü zindandan çıxaran və xəzinənin başına keçirən Allah’a şükr edir və dünyada müsəlman kimi ölmək və axirətdə də salehlərlə birlikdə olmaq üçün dua edir:

Ey Rəbbim! Sən mənə hakimiyyət verdin və mənə yuxuları yozmağı öyrətdin. Ey göyləri və yeri yaradan! Sən dünyada da, axirətdə də mənim Himayədarımsan. Mənim canımı müsəlman kimi al və məni əməlisalehlərə qovuşdur”.
(Yusuf surəsi, 101)

Sual və təklifləri olanlar "Bizimlə əıaqə" bölməsindən bizə mesajlarını yaza bilərlər.

Bizi sosial şəbəkələrdən təqib edə bilərsiz.